Dele Alli İtaliya klubunda məşqlərə başlayacaq

26.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İngiltərənin "Tottenhem" və "Everton" klublarının keçmiş futbolçusu Dele Alli İtaliya təmsilçisi "Komo"da bu gündən məşqlərə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

D.Alli yayda "Everton"dan ayrıldıqdan sonra heç bir klubla rəsmi şəkildə anlaşmayıb. İngiltərəli yarımmüdafiəçi sonuncu dəfə 2023-cü ilin fevralında icarə əsasında oynadığı Türkiyənin "Beşiktaş" klubunun heyətində meydana çıxıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью