Dele Alli İtaliya yolunda

25.12.2024

Icma.az, Apasport portalına istinadən məlumat verir.

İngiltərə millisinin sabiq üzvü Dele Alli karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, keçmiş “Tottenhem” futbolçusu “Komo” ilə müqavilə imzalamağa yaxındır.

İtaliya təmsilçisinin baş məşqçisi Ses Fabreqas yarımmüdafiəçini şəxsən heyətində görmək istəyir.

Müqavilənin şərtlərinə əsasən, azad agent statusu daşıyan Alli “Komo” ilə mövsümün sonuna kimi razılaşıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu son olaraq İngiltərə Premyer Liqası komandalarından “Everton”da çıxış edib.

Fərid Qayıbov: "Azərbaycanda bunu bacaran digər idmançı tanımıram" İlin ən yaxşı hakimi bəlli olub “Turan Tovuz” Antalyada təlim-məşq toplanışı keçirəcək "Sabah"ın qış hazırlıq planı bəlli oldu “Sumqayıt” 1 yoxlama görüşü keçirəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью