Dele Alli İtaliyaya qayıda bilər

26.08.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dele Allinin karyerasını yenidən İtaliya futbolunda davam etdirməsi mümkündür.

İdman.Biz xəbər verir ki, “Monza” 30 yaşlı yarımmüdafiəçinin transferini nəzərdən keçirir.

İngiltərə millisinin sabiq futbolçusu yay ərzində “Vest Hem”lə məşq edib.

Allinin İtaliyadakı son klubu “Komo” olub. O, 2025-ci ilin martında bu komandanın heyətində keçirdiyi yeganə rəsmi qarşılaşmada qırmızı vərəqə alıb.

“Monza”nın futbolçu ilə müqavilə imzalamaq imkanlarını araşdırdığı bildirilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью