Dələduzlar Larisa Dolinaya 114 milyon ödəyəcək

08.09.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Xalq artisti Larisa Dolinaya qarşı dələduzluq edən şəxslər ona 114 milyon rubl (2 milyon manatdan çox) ödəyəcəklər.

Axşam.az xəbər verir ki, məhkəmə 2024-cü ildə Larisa Dolinanı Xamovniki rayonundakı mənzilinin satışı ilə bağlı aldadan şəxslərlə bağlı şikayətini təmin edib. Qərara əsasən, Anjela Tsırulnikova və Andrey Osnovadan ümumilikdə ifaçıya 114 milyon 120 min rubl ödəniləcək. Onlar həmçinin 335 min rubl (6 min 500 manat) dövlət rüsumu ödəməlidirlər.

İddiada Artur Kamenetskinin də adı cavabdeh kimi göstərilib. Lakin onun harada olduğunu müəyyənləşdirmək mümkün olmadığı üçün bu şəxslə bağlı tələb ayrıca icraata ayrılıb.

Xatırladaq ki, 2024-cü ildə Larisa Dolina dələduzların təsiri altına düşərək mənzilini satıb və satışdan əldə etdiyi 112 milyon rublu onların hesabına köçürüb.

Dələduzluq üzə çıxdıqdan sonra sənətçi mənzili tərk etməkdən imtina edib. Nəticədə mənzili alan Polina Lurye həm ödədiyi puldan, həm də evdən məhrum olub. Rusiya Ali Məhkəməsi Polina Luryeni vicdanlı alıcı kimi tanıyıb və Larisa Dolina mənzili tərk etməli olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью