Dələduzlar uzaqdan idarəetmə tətbiqi vasitəsilə pulları oğurlamağa başlayıblar

10.05.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Dələduzlar uzaqdan idarəetmə üçün nəzərdə tutulmuş mobil tətbiq vasitəsilə şəxsi məlumatları və bank hesablarındakı pulları ələ keçirməyə başlayıblar. Onlar bu tətbiqi vətəndaşlara poliklinikaların və ya idarəedici şirkətlərin rəsmi tətbiqi kimi təqdim edərək yükləməyi təklif edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Rusiya Daxili İşlər Nazirliyinin informasiya-kommunikasiya texnologiyalarından qanunsuz istifadə ilə mübarizə idarəsindən məlumat verilib.

Belə ki, fırıldaqçılar adətən vətəndaşlara zəng edərək özlərini poliklinika və ya mənzil-istismar idarələrinin əməkdaşları kimi təqdim edirlər. Bəzən özlərini sorgu mərkəzi, portal və ya polisin əməkdaşları kimi qələmə verirlər. Onlar vətəndaşı müəyyən bir mobil tətbiqi yükləməyə çağırırlar və bunu rəsmi tətbiq kimi təqdim edirlər.

Məsələn, özlərini tibb müəssisələrinin nümayəndəsi kimi təqdim edən fırıldaqçılar tətbiqin həkim qəbuluna yazılmaq üçün lazım olduğunu deyirlər. Yalançı idarəçi şirkət əməkdaşları isə su sayğaclarının göstəricilərini ötürmək üçün lazım olduğunu bildirirlər. Bu tətbiq vasitəsilə kibercinayətkarlar istifadəçinin cihazına tam giriş imkanı əldə edir və bank hesabındakı pulları oğurlaya bilirlər.

Daxili İşlər Nazirliyi vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və tibb işçiləri vətəndaşlara mobil cihazlara hər hansı tətbiqin yüklənməsi ilə bağlı SMS və ya e-poçt göndərmirlər və insanlara dələduzların tələsinə düşməməyi tövsiyə ediblər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью