Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Dələduzlar pul oğurlamaq üçün yeni üsula əl atıblar.
Onlar istifadəçilərə "WhatsApp" hesablarını gündə müəyyən pul müqabilində icarəyə verməyi təklif edirlər.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti"yə Andrey Biyçuk bildirib.
Onun sözlərinə görə, əvvəlcə dələduzlar "Telegram" kanallarında və digər platformalarda nömrəni icarəyə götürmək imkanının olduğunu elan edirlər.
"Elana cavab verən şəxslərə "WhatsApp" hesablarına müvəqqəti giriş vermələrinin lazım olduğu bildirilir.
Bəzən cinayətkarlar hesabın guya iş üçün, xidmətlərə qeydiyyat üçün və ya xaricdəki müştərilərlə əlaqə saxlamaq məqsədilə istifadə olunacağını deyirlər.
Daha sonra istifadəçidən başqa bir telefondan girişə icazə verməsi, SMS-lə göndərilən kodu ötürməsi və hətta SIM kartını müvəqqəti təqdim etməsi tələb olunur.
Bu manipulyasiyalardan sonra hesabın nəzarəti dələduzların əlinə keçir.