Icma.az bildirir, Axsham.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, dələduzlar rəqqasə fatimə Fətəliyevanın adından müğənni Rüfət Axundovdan pul alıblar.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng" verilişində danışıb. O bildirib ki, dələduzlar ondan 700 manat istəyib:
"700 göndərdim, 300 manat getdi, amma 400 manat geri qayıtdı. Bu gün isə Hacı Nazim Məmmədovun adından yazıb pul istəyiblər".
Studiyaya gələn Fatimə isə Rüfətin 300 manatını ona qaytarıb.