Dələduzluğa görə 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib

11.02.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Polis əməkdaşlarının fevralın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. 

Məlumatı DİN mətbuat xidməti yayıb.  

Fevralın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью