Dələduzluğa görə axtarılan 8 nəfər saxlanılıb

30.01.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polis əməkdaşlarının yanvarın 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə məlumatı DİN mətbuat xidməti verib.  

Yanvarın 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью