Dələduzluğa görə axtarışda olanlar tutulub

23.04.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polis əməkdaşlarının aprelin 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti verib. 

Aprelin 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью