Dələduzluğa görə saxlanılan 18 nəfər istintaqa təhvil verilib

19.04.2025

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Polis əməkdaşlarının aprelin 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Aprelin 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью