Dələduzluğun yeni növü yayılıb Diqqətli olun! VİDEO

08.03.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir.

Avtosfer.az-ın məlumatına görə, son günlər belə mesajların sayı daha da artıb. Mesajlarda guya sosial şəbəkə qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir.

Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi qoyulur. Öz səhifəsini qorumaq niyyətilə vətəndaş öz məlumatlarını daxil etdikdə isə əksi baş verir, səhifəsi oğurlanır. Bundan sonra isə ələ keçirilən sosial şəbəkə hesabları ilə müxtəlif paylaşımlar edilir, şəxsin yaxınlarına yazılıb pul istənilir.

Ekspertlər şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edirlər. Əks halda, dələduzların toruna düşmək qaçılmaz ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью