Dələduzluq edənlər istintaqa təhvil verilib

26.04.2025

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polis əməkdaşlarının aprelin 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью