Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

25.08.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
 

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Ədalət Fərman oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.


Belə ki, Bakı şəhəri Xəzər rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ədalət Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Ədalət Mustafayev Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью