Dələduzluqla 28 min manat ələ keçirən şəxs saxlanılıb

27.05.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Dələduzluq edib 28 min manat ələ keçirən şəxs saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitini ələ keçirən 51 yaşlı Ə.Süleymanov saxlanılıb.
Aparılan araşdırmalarla onun Bakı şəhəri və Abşeron rayonunda yaşayan 2 sakini aldadıb ümumilikdə 28 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью