Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
“Reuters”-in yaydığı məlumata görə, “Delfin” tayfununun Çinin şərq sahillərinə çatacağı gözlənilir. Fırtınanın küləyinin sürətinin saatda 162 kilometrədək yüksələ biləcəyi bildirilir. Tayfun artıq Yaponiyanın Okinava prefekturasında ciddi fəsadlara səbəb olub, altı nəfər xəsarət alıb, 50 mindən çox tikili elektrik enerjisiz qalıb.
Çində təhlükəsizlik tədbirləri gücləndirilib, dənizdə çalışan işçilərin təxliyəsi həyata keçirilib, gəmilər limanlara qaytarılıb. Şanxay yaxınlığındakı Yangşan limanında 500-dən çox gəminin təhlükəsiz ərazilərə köçürüldüyü bildirilir.
Sinoptiklərin proqnozuna əsasən, ölkənin bir sıra şərq və mərkəzi rayonlarında avqustun 10-dək güclü yağışlar davam edə bilər. Bəzi ərazilərdə yağıntının 500 millimetrə çatacağı ehtimal olunur.
N.Adilqızı
XQ