“Dəli Kür”də yoxlama

09.09.2025

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Sabirabadda kafedə qida təhlükəsizliyi tələbləri pozulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən Elçin Ədalət oğlu Allahverdiyevə məxsus “Dəli Kür” kafesində yoxlama keçiriblər.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, baxış zamanı kafedə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin mövcud olmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью