Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyada "intihar xəstəliyi", eləcə də "dəlilik xəstəliyi" kimi tanınan, ictimaiyyət arasında az bilinən, lakin çox təhlükəli bir narahatlıq var: Kluster baş ağrısı.
Yenisabah.az xəbər verir ki, bu xəstəlik adətən gecələr özünü göstərir və insanı yuxudan oyadacaq qədər güclü ağrılarla müşahidə olunur.
Sakitcə başlayan, sonra isə dözülməz hala gələn bu ağrılar bir gözün ətrafında, gicgah və alın hissəsində cəmlənir.
Kluster baş ağrısı zamanı göz yaşı, burun axıntısı, göz qızarması və tərləmə kimi əlavə simptomlar da müşahidə oluna bilər.
İstanbul Universiteti-Çapa Tibb Fakültəsinin nevrologiya mütəxəssisi Prof. Dr.
Derya Uludüzün sözlərinə görə, bu xəstəliyə tutulmuş şəxslər çox vaxt ağrı zamanı başlarını divara vurmaq istəyirlər.
"Bəzən bu insanlar elə bir nöqtəyə çatır ki, intiharı çıxış yolu kimi düşünürlər.