Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda dünyanın IT texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşüb.Söhbət zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulanıb.
“Dell Technologies”in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd edilib, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.Görüşdə, həmçinin IT infrastrukturun qurulması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri və bulud infrastrukturu layihələri, o cümlədən qabaqcıl məlumat mərkəzlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.ABŞ-ın texnologiya şirkəti olan "Dell Technologies" kompüterlər, serverlər, saxlama həlləri, şəbəkə avadanlıqları və proqram təminatı kimi müxtəlif texnoloji məhsul və xidmətlər təklif edir.
Dell, həm fərdi istifadəçilər, həm də müəssisələr üçün IT infrastrukturu və bulud həlləri sahəsində geniş xidmətlər göstərir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.