Deloitte: Enerji sistemlərinin gələcəyi yarı mərkəzsizləşmədədir | Icma.az
Icma.az, Report.az saytına istinadən bildirir. Enerji sistemlərinin gələcəyi yarı mərkəzsizləşmədədir.
“Report” xəbər verir ki, bunu "Deloitte Netherlands" şirkətinin strategiya, risk və əməliyyatlar üzrə məsləhət tərəfdaşı İvan Kuxnin "NEQSOL Holding"in COP29 çərçivəsində təşkil edilmiş "Arzudan gerçəkliyə: Bərpa olunan enerjidə regional və qlobal təsir" adlı tədbirdə bildirib.
İ.Kuxnin bu sahədə ciddi dəyişikliklərin qaçılmaz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, mövcud mərkəzləşdirilmiş enerji sistemləri böyük enerji istehsalı məntəqələrindən alınan enerjinin qeyri-səmərəli və mürəkkəb şəkildə ötürülməsi ilə xarakterizə olunur: "Enerji sistemlərinin yarı mərkəzsizləşdirilməsi gələcəyin əsas istiqamətlərindən biridir.
Ənənəvi olaraq, enerji böyük mərkəzlərdən ötürülür, lakin iki tərəfli körpü sistemi daha effektiv ola bilər.
Bu sistemdə istehlakçılar təkcə enerji almır, həm də artıq enerjini sistemə geri verə bilir".
Qonaq belə bir sistemin həyata keçirilməsi üçün tənzimləmələrin mühüm rol oynadığını vurğulayıb.
O, qeyd edib ki, bir çox yerli qaydalar bu sahədə uğursuzluğa düçar olur: "Günəş panelləri vasitəsilə enerji istehsal edən evlər çox vaxt həmin enerjidən lazım olanda istifadə edə bilmir, çünki bu texnologiyalar enerjini yalnız günəşli saatlarda istehsal edir.
Tam oxu
Xəbəri oxu