DEM Partiyası Öcalanla görüşəcək: Tarix açıqlandı

27.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) bir qrup heyəti PKK terror qruplaşmasının lideri Abdullah Öcalanla görüşəcək. 

"Cebheinfo.az" xəbər verir ki, Ədliyyə Nazirliyi onların İmralıya getməsinə icazə verib. 

Beləliklə, Sırrı Süreyya Öndər və Pərvin Buldan İmralıda həbsdə olan Abdullah Öcalanla görüşəcəklər. Onların hava şəraitindən asılı olaraq ya sabah, ya da 29 dekabrda İmralıya gedəcəkləri açıqlanıb. 

Üstəlik, bunun son ziyarət olmayacağı bildirilir. Çünki Öcalanın verdiyi mesajlar partiya rəhbərliyi tərəfindən dəyərləndiriləcək, daha sonra başqa heyətlər də görüşləri davam etdirmək üçün İmralıya gedəcək. 

Qeyd edək ki, İmralıdakı ilk görüşdə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının çağırışı, Türkiyə və Suriyadakı məsələlərin müzakirə olunacağı gözlənilir. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью