DEM Partiyasının heyəti Bağçalı ilə görüşəcək

02.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyəti bu gün bir sıra görüşlər keçirəcək.

"Cebheinfo.az" xəbər verir ki, sözügedən heyətdə Pərvin Buldan, Sırrı Süreyya Öndər və Əhməd Türk yer alır.

Onlar, ilk olaraq yerli vaxtla saat 13:30-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə bir araya gələcəklər.

Saat 15:00-da isə DEM Partiyasının heyəti Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşəcək. 

Qeyd edək ki, Pərvin Buldan və Sırrı Süreyya Öndər 28 dekabrda İmralıda PKK terror qruplaşmasının lideri Abdullah Öcalanla görüşüblər.

Görüşdən sonra DEM Partiyası tərəfindən Öcalanın 7 maddəlik mesajı paylaşılıb. Bugünkü müzakirələrdə də İmralıdakı görüş və həmin 7 maddə müzakirə olunacaq.

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью