DEM Partiyasının heyəti Öcalanla görüşdü

29.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM) olan heyət PKK lideri Abdullah Öcalanla görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, partiyanın deputatları Sırrı Süreyya Öndər və Pərvin Buldan İmralı gediblər.

Bu, 4,5 il sonra partiya heyəti ilə Öcalan arasındakı ilk görüş olaraq tarixə keçib. Görüşün 3 saatdan artıq davam etdiyi bildirilir. 

Ötən gün DEM Partiyası rəsmi sosial şəbəkə hesablarına görüşlə bağlı ilk açıqlama da paylaşılıb:

“Pərvin Buldan və Sırrı Süreyya Öndərdən ibarət heyətimiz bu gün İmralıda Abdullah Öcalanla görüşdü. Görüşmə sona çatdı və nümayəndə heyətimiz geri qayıtdı. Hazırda görüşlə bağlı dəyərləndirmələr aparılır, irəliləyən saatlarda ictimaiyyətə və mətbuata açıqlama veriləcək”.

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью