Dəm qazı can almaqda davam edir: Daha 2 qadın öldü

16.12.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakıda daha iki nəfər dəm qazından boğulub.

Lent.az-ın məlumatına görə, hadisələrdən biri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Digər hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı evin hamamında dəm qazından boğulub.

Hər iki faktla bağlı aidiyyəti üzrə rayon prokurorluqlarında araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью