Dəm qazı daha bir can aldı

27.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Lənkəranda hamam otağında huşsuz tapılan qadın ölüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Səpnəkəran kəndində baş verib.

Kənd sakini 1983-cü il təvəllüdlü X. Səfərovanın hamam otağında halı pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hamam otağını qızdırmaq üçün kömürdən istifadə edildiyi, kömürdən ayrılan dəm qazının onun ölümünə səbəb olduğu bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью