Dəm qazı daha bir can aldı

03.02.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazax rayon sakini faciəvi şəkildə ölüb.

“Qafqazinfo” xəbər verir ki, 1992-ci il təvəllüdlü Eyyub Ocaqverdiyev hamam otağında dəm qazından boğulub. O, yaxınlarının köməyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, fevralın 1-i 89 yaşlı kişi ilə 84 yaşlı həyat yoldaşı da dəm qazından boğularaq ölüb.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью