Dəm qazı hadisələrindən necə qurtulaq? | Icma.az
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Havaların soyuması nəticəsində vətəndaşların qaz soblarından istifadəsi artıb.
Hələ qış aylarının başlamamasına baxmayaraq, dəm qazından zəhərlənənlərin sayı günü-gündən artır.
Bu isə qaz təchizatından düzgün istifadə etməməsindən və avadanlıqların nasaz vəziyyətdə olmasından xəbər verir.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, harda qaz təchizatı varsa, orada təhlükəsizlik məsələsi öndə olmalıdır: "Nəzərə almaq lazımdır ki, qazdan düzgün istifadə olunmadıqda dəm qazı təhlükəsi yaranır.
Qaz təsərrüfatı olan evlərdə dəm qazı əleyhinə avadanlıqlar quraşdırılmalıdır.
Dəm qazı əleyhinə olan aparat qazı hiss etdikdə anında istifadəçini məlumatlandırır.
Bu təhlükəsizlik baxımından olduqca vacibdir və eyni zamanda qanunvericilikdə də bu tətbiq olunub". Bəs dəm qazı hansı halda yaranır?
Tam oxu
Xəbəri oxu