Dəm qazı iki tələbənin həyatına son qoyub

14.01.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.

Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью