Dəm qazından boğulan şəxs rəis müavini imiş FOTOLAR

25.01.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, yanvarın 24-də Salyan sakini dəm qazından boğularaq ölüb. hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqif oğlu hamam otağında dəm qazından boğularaq ölüb.

Globalinfo.az xəbər verir ki, Ramin Paşayev Azərbaycan Dəmir Yolları Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsinin rəis müavini vəzifəsini tutub.Mərhum sabah doğulduğu kənddə dəfn ediləcək.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью