Dəm qazından kütləvi zəhərlənmə Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi

17.12.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.
Qovlar şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında xəstəxanaya yerləşdiriliblər. Dərhal tibbi yardım edilən zərərçəkənlərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью