Dəm qazından zəhərlənmələr niyə artıb?

18.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qış mövsümü ilə əlaqədar dəm qazından zəhərlənmə halları daha tez-tez baş verir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, TƏBİB tabeli müəssisələrdə, əsasən də Klinik Tibbi Mərkəzdə Toksikologiya şöbəsi fəaliyyət göstərir. 

V.Qurbanov onu da qeyd edib ki, bölgələrdə də bu xidməti təşkil edəcək müəssisələr var.

“Ən ixtisaslaşmış Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsidir ki, ağırlıq dərəcəsindən asılı olmayaraq belə xəstələr oraya təxliyə edilir və müalicəsi davam etdirilir”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью