Dəm qazının növbəti gənc qurbanı

21.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Biləsuvarda 29 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə dünən Ovçubərə kəndində baş verib.

Belə ki, kənd sakini İbabəyli Rəşad Əlibala oğlu yaşadığı mənzildə ölü tapılıb.

Onun ölümünə səbəb kimi qaz sobasının borusunda quşların yuva qurması olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью