Demarkasiya komissiyaları yaxın vaxtda yeni iclas keçirəcək

08.01.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi sərhəd demarkasiyası komissiyaları yaxın vaxtlarda yeni iclas keçirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb. 

Qeyd olunub ki, hələlik dəqiq tarix məlum deyil. 

Xatırladaq ki, dünən Azərbaycan lideri İlham Əliyev yerli mətbuata görüşün yanvar ayında baş tutacağını bildirmişdi. 

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью