Demarkasiyanın xeyri: “İndi daha yaxşıdır”

30.07.2025

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan sərhədlərin demarkasiyasından sonra daha yaxşı vəziyyətdə yaşadıqlarını bildirib.

Tribunainfo.az xəbər verir ki, o, yerli mediaya açıqlamasında vurğulayıb ki, sərhədlərin müəyyənləşməsi insanların dinc yaşamasına səbəb olub.

Onun sözlərinə görə, demarkasiyadan öncə ara-sıra da olsa atışmalar olurdu. “Lakin demarkasiyadan sonra  icmada durum təhlükəsizdir. Heç bir atışma yoxdur. İnsanlar öz işləri ilə məşğuldur. Belə daha yaxşıdır”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью