Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Demba Ba Fransanın “Havr” klubunda idman direktoru təyin olunub.
Apasport.az xəbər verir ki, Türkiyədə “Beşiktaş” və “Başakşehir” formaları geyinmiş sabiq seneqallı futbolçu bundan sonra Liqa 1 təmsilçisində fəaliyyət göstərəcək.
40 yaşlı funksioner klubun transfer siyasəti və idman layihəsinə cavabdeh şəxs olacaq.
Qeyd edək ki, Demba Ba futbolçu karyerası ərzində “Nyukasl”, “Çelsi”, “Beşiktaş”, “Şanxay Şenhua” və “Başakşehir” kimi klublarda çıxış edib.
O, “Başakşehir”lə 2019/20 mövsümündə Türkiyə çempionu olub.
“Atletiko” Qrimaldo ilə razılaşdı - Leverkuzenlə danışıqlar başlayır PAOK-da Luçesku dövrü bitdi - Rəsmi "Real"ın futbolçusu "Betis" yolunda Sabiq “fənər”li karyerasını başa vurdu “Araz-Naxçıvan”dan ayrıldı, yeni klubu bəlli oldu