Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qızıl top” mükafatını qazanan Osman Dembele açıqlama verib.
Futbolpress.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, mövsümün oyunçusu seçilən fransalı vinger mükafatlandırma mərasimində bunları deyib:
“Belə bir mükafatı qazanmaq xüsusidir. Həqiqətən, komanda işi sayəsində bunu bacardım. Hər kəs mənə dəstək idi. Ağlamaq istəmirdim, amma alınmadı. Ailəm haqda danışmağa başlayanda göz yaşımı saxlaya bilmirəm”.