Dembele dünya çempionatının ilk turunu buraxacaq

07.06.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

PSJ-nin cinah hücumçusu Usman Dembele klublararası dünya çempionatının ilk turunu buraxacaq.

İdman.biz xəbər verir ki, o, Fransa yığmasının düşərgəsində zədələnib.

Əzələsini dartan 28 yaşlı futbolçunun bərpası üçün 3 həftə tələb olunduğu bildirilib. Nəticədə Dembele turnir qrup mərhələsinin ilk turunda "Atletiko"ya qarşı forma geyinə bilməyəcək.

Qeyd edək ki, PSJ B qrupunda madrid təmsilçisi ilə yanaşı "Botafoqo" (Braziliya) və "Sietl Saunders"lə (ABŞ) qarşılaşacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью