Dembele həmyerlilərini geridə qoydu

30.04.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

PSJ Çempionlar Liqasının yarımfinal mərhələsində “Arsenal”ı məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, parislilərin yeganə qolunu Osman Dembele vurub. O, turnirin pley-off mərhələlərində vurduğu qollarını sayını 9-a çatdırıb və həmyerlisi Zinəddin Zidan və Antuan Qrizmannı keçib.

Bu göstəricidə lider Kərim Benzemadır. Fransalı hücumçu turnirin pley-offlarında 34 qola imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью