Dembele ilə Due ÇL in ən yaxşı futbolçularıdı

09.06.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA-nın Texniki Müşahidəçilər Qrupunun ümumi rəyinə əsasən, Çempionlar Liqasında (ÇL) 2024/25 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada PSJ-nin hücumçusu Usman Dembele qalib gəlib.
Fransalı futbolçu komandasının uğurunda meydana çıxdığı 15 oyunda 8 qol vurması və 6 məhsuldar ötürmə verməsi ilə rol oynayıb. PSJ-nin ən yaxşı bombardiri olan Dembelenin əksər matçlarda lider funksiyasının öhdəsindən məharətlə gəlməsi vurğulanıb.
Liqa mərhələsinin 7-ci turunun “Mançester Siti” ilə vacib oyununda 4:2 hesablı əzmkar qələbədə pay sahibi olan 28 yaşlı futbolçu “Ştutqart”a qarşı növbəti matçda (4:1) het-trik etmiş, pley-offun “Liverpul” (1:0) və “Arsenal” (1:0) ilə səfər oyunlarında mükəmməl futbol sərgiləmişdi. Texniki Müşahidəçilər Qrupu onun “İnter” ilə finalda ön xətdə güclü pressinq etməklə rəqib müdafiəsini daim gərginlik altında qoyduğunu da qeyd edib.
ÇL-də mövsümünün ən yaxşı gənc oyunçusu da müəyyənləşib. Bu nominasiyada PSJ-nin hücumçusu Dezire Due qalib gəlib. Fransalı futbolçu mövsüm ərzində meydana çıxdığı 16 oyunda 5 qol vurub və oyundaşlarına 5 məhsuldar ötürmə verib.
ÇL-də mövsümün ən baxımlı qolunun müəllifi isə Lamin Yamal olub. “Barselona”nın hücumçusunun ilk yarımfinal matçında (3:3) “İnter”in qapısına 24-cü dəqiqədə yol tapdığı epizod azarkeşlər arasında keçirilən sorğuda daha çox səs toplayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью