Dembele üçün pis XƏBƏR

08.06.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Usman Dembele klublararası dünya çempionatının startını buraxacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, PSJ və Fransa millisinin cinah oyunçusu Millətlər Liqasının yarımfinalında İspaniya ilə oyunda (4:5) bud əzələsindən zədələnib.

RMC Sportun məlumatına görə, futbolçunun bərpası 2-3 həftə çəkəcək. O, 14 iyunda start götürəcək klublararası dünya çempionatının qrup mərhələsini buraxacaq, amma parislilər qrupdan çıxa bilsə, pley-off oyunlarında iştirak edə bilər.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью