Dembele üçün tarixi 800 milyonluq təklif

05.06.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı klubları transfer bazarında astronomik məbləğlərlə dünyanı heyrətləndirməkdə davam edir.

Fanat.Az "Goals Zone" nəşrinə istinadən xəbər verir ki, "Əl Hilal" klubu PSJ-nin fransalı ulduzu Usman Dembeleni heyətinə qatmaq üçün ağlasığmaz bir təklif irəli sürüb.

Səudiyyə təmsilçisi 29 yaşlı cinah hücumçusuna 4 illik müqavilə təklif edir. "Əl Hilal" bu transferi rəsmiləşdirə bilmək üçün Dembeleyə illik 200 milyon avro maaş ödəməyə hazırdır.

Əgər fransalı futbolçu bu təklifə "hə" desə, ümumilikdə 4 ilə 800 milyon avro qazanaraq futbol tarixinin ən çox qazanan simalarından birinə çevriləcək.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью