Dembele və Mendeş məşqlərdən kənarda qaldılar

09.10.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçulara əlavə istirahət baş məşqçi və rəhbərliklə razılaşdırılaraq verilib. Onların oktyabrın 10-11-də məşqlərə qayıdacağı açıqlanıb.

Adıçəkilən futbolçular hər hansısa zədə almayıblar.

Qeyd edək ki, PSJ cari mövsümdə Dembeleyə ikinci dəfə əlavə istirahət verib. 29 yaşlı hücumçu avqustun 28-də Liqa 1-in II turunda "Lill"lə səfər oyununu (2:2) buraxıb və həmin vaxt 6 günlük komandanın düşərgəsindən ayrılıb.

Dembele 2026/2027 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 7 oyuna çıxaraq 2 qol və 4 məhsuldar ötürmə edib. 24 yaşlı Mendeş isə 5 matçda iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью