Dembeledən Mbappeyə cavab

14.09.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PSJ-nin hücumçusu Usman Dembele Kilian Mbappe ilə bağlı diqqətçəkən açıqlama verib. Sport24.az xəbər verir ki, Fransa millisinin üzvü "Ligue 1+"ə müsahibəsində "France Football" tərəfindən oktyabrın 21-də təqdim olunacaq "Qızıl top" mükafatı barədə danışıb.
Dembele bildirib ki, karyerası boyunca ona hazır ulduz kimi yanaşılmayıb və uğurlarını böyük zəhmət hesabına qazanıb:
"Bütün karyeram boyu çox çalışmışam. Heç vaxt seçilmiş şəxs olmadım. Sinifdə həmişə arxa sıralarda oturan və zəhmət çəkən biri olmuşam. Ötən mövsüm PSJ-də möhtəşəm il keçirdim və bunun qarşılığında mükafatlandırıldım. İndi isə bu mövsümə baxacağıq. Heç bir təzyiq hiss etmirəm, sadəcə rahatam".
Dembelenin bu sözləri Kilian Mbappenin daha əvvəl səsləndirdiyi fikirləri xatırladıb. "Real"ın hücumçusu "France Football"a açıqlamasında Dembelenin hər zaman istedadlı futbolçu kimi görüldüyünü, özünün isə "seçilmiş şəxs" hesab edildiyini demişdi.
Mbappe əlavə etmişdi ki, özü zirvəyə çox sürətlə yüksəlib, Dembele isə zədələrlə müşayiət olunan daha çətin karyera yolu keçib.
Qeyd edək ki, Dembele ötən mövsüm PSJ ilə Çempionlar Liqasının qalibi olub və turnirin həlledici mərhələlərində komandasına mühüm töhfələr verib. O, həmçinin Fransa çempionluğu yaşayıb və Liqa 1-in ən yaxşı futbolçusu seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью