Icma.az, Apasport portalına istinadən məlumat verir.
Fransa millisinin futbolçusu Usman Dembele komanda yoldaşı Kilian Mbappenin müdafiəsinə qalxıb.
Apasport.az xəbər verir ki, “Marca”ya danışan vinger Mbappenin haqsız tənqidlərə məruz qaldığını bildirib.
Dembele bəzi hallarda tənqidlərin həddini aşdığını deyib:
“Mbappeyə qarşı çox haqsızlıq edilir. Bəzən sadəcə söhbət Mbappedən getdiyi üçün tənqidlərdə sərhədi aşırlar. Ona qarşı bu qədər sərt olmamalıdırlar. Ayaqqabısını bağlasa problem olur, bağlamasa problem olur, corabını çəksə də, çəkməsə də... Bu artıq çoxdur”.
Fransalı futbolçu Mbappenin millidəki roluna da toxunub:
“O, liderdir, komandamızın kapitanıdır və çox vacib oyunçudur”.
Qeyd edək ki, Fransa millisinin kapitanı olan Kilian Mbappe son vaxtlar oyununa və meydandankənar davranışlarına görə tez-tez tənqid olunur.
İtaliano Vlahoviçi “Beşiktaş”da görmək istəyir: Şəxsən görüşdü "Qızdırmam 38-ə qalxmışdı": Koreyaya 3 xal qazandıran "Beşiktaş"lı “Yuventus”da gözlənilməz ayrılıq Van Bronkhorst “Liverpul”dan ayrıldı: Slotdan sonra "Porto" Silvanı heyətində saxladı