Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dembeledən son 72 ilin ən sürətli het-triki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Fransa millisinin hücumçusu Usman Dembele DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Norveçə qarşı keçirilən görüşün birinci hissəsində het-trik edib.
QOL.az “Opta”ya istinadən xəbər verir ki, bu, son 72 ildə dünya çempionatlarında ən sürətli het-trikdir.
29 yaşlı forvard matçın 32-ci dəqiqəsinə kimi rəqib qapısına 3 dəfə yol tapıb. O, 7, 20 və 32-ci dəqiqələrdə fərqlənib.
Buna qədər ən sürətli het-trik DÇ-1954-də qeydə alınıb. 72 il əvvəl Avstriya millisinin hücumçusu Erik Probst Çexoslovakiyaya qarşı matçda 24-cü dəqiqədə het-trikini rəsmiləşdirib.
Qeyd edək ki, ilk hissədən sonra Fransa Norveçi 3:1 hesabı ilə məğlub edir.