Dembelenin davranışı qüsursuzdur

13.02.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

PSJ-nin baş məşqçisi Luis Enrike futbolçusu Usman Dembeledən danışıb. 

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb. İspaniyalı mütəxəssis deyib: 

"Dembeledən soruşmaq lazımdır, Milad bayramında nə yeyib (gülür). O, özünə tamamilə güvənir. Ötən mövsüm yaxşı nəticələr göstərirdi. Lakin 2025-ci ildə daha yaxşı olub. Komanda yoldaşlarının onu necə aktiv şəkildə axtarıb tapdıqlarını görmək olar. Onun davranışı qüsursuzdur". 

Qeyd edək ki, Usman Dembele bu mövsüm PSJ-nin heyətində 28 matça çıxaraq 23 qol vurub və 6 qolun ötürməsini edib. O, 2025-ci ildə çıxdığı 8 matçda 15 qol vurub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью