Dembeleyə məhsuldar ötürmə verən Xviça paylaşım etdi

30.04.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunundan - Londonda "Arsenal" üzərindən dünən qazandıqları qələbədən (1:0) sonra sosial şəbəkə hesablarında paylaşım edib.

Fanat.Az xəbər verir ki, matçın 4-cü dəqiqəsində yeganə qolu vuran Usman Dembelenin fərqlənməsinə məhsuldar ötürmə ilə yardımçı olan gürcü futbolçu fotolarını təqibçiləri ilə bölüşərək belə yazıb:

"Hər addım irəliləməyə imkan yaradır".

Xatırladaq ki, tərəflərin "Park de Prens"dəki cavab qarşılaşması mayın 7-də baş tutacaq.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью