Dembeleyə mübahisəli mükafat

12.05.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın PSJ futbol komandasının hücumçusu Usman Dembele Fransa Liqa 1-də mövsümün ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, fransalı oyunçu UNFP (Fransa Peşəkar Futbolçular İttifaqı) mükafatlandırma mərasimində bu ada layiq görülüb. Dembele ardıcıl ikinci dəfə Fransa çempionatında mövsümün ən yaxşısı adına sahib çıxıb.

Maraqlıdır ki, 28 yaşlı hücumçu bu mövsüm Liqa 1-də cəmi doqquz oyunda start heyətində yer alıb. O, ümumilikdə 20 matçda meydana çıxıb ki, bu da oyunların 28 faizində əsas heyətdə başlaması deməkdir.

Dembele Fransa çempionatında 10 qol vurub və altı məhsuldar ötürmə verib. Hücumçu bombardirlər siyahısında ilk yeddilikdə belə deyil.

Onun az oyun müddətinə rəğmən mükafata layiq görülməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью