Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasının XXII turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Bu gün meydanda başqa komanda gördük. Oyun baxımından irəli getdiyimizi demək olar. Bu gün də pis oynamadıq, xallar qazanmaq imkanımız var idi, amma alınmadı. Futbol belədir, qol vurmursansa, sənə vururlar. Baş verənlər bizim səhvlərimizin nəticəsi idi. Futbolçularımızın gözündə alov var idi, istəkli idilər. Bu, sevindiricidir.
– Nuno Rodriqes sizin gəlişinizdən sonra az oynayır. Bu gün də fərqli mövqedə oynadı. Onun belə effektsiz olduğunu düşünmürsünüz?
– Mənim üçün əsas olan məşqdir. Futbolçu məşqdə nə göstərirsə, oyunda da onu göstərir. Hansı oyunçu məşqlərdə verdiyim tapşırıqları tez qəbul edirsə, o da start heyətində başlayır. Bu gün Nunoya şans verdik. Özünü yaxşı göstərə bildi və ondan razıyıq.