Icma.az bildirir, Sia Az portalına istinadən.
...Əvvəllər Vladimir Putinlə dost olan fransız aktyor Jerar Depardie, Rusiyadakı daşınmaz əmlakını satıb və gəlirləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldib.
Bunu uzun illərdir “Gənclik” kinofestivalının rəhbəri olan ukraynalı kino alimi və prodüseri Andrey Xalpaxçı deyib.
SİA-nın əldə etdiyi məlumata görə, OBOZ.UA-ya verdiyi müsahibədə o, Kiyevə festivala dəfələrlə gələn aktyorla münasibətlərindən və heç kimin bilmədiyi hərəkətindən danışıb.
...Jerar Depardie çox spesifik şəxsiyyətdir. Əlbəttə ki, bu nəhəng ulduzdur, fantastik və gözəl aktyordur, amma bəzən uşaq kimi davranır. Hər kəs onun Putinlə dostluğunu xatırlayır, buna görə bu gün o, bir çoxları üçün persona non grata oldu. Amma, digər tərəfdən, heç kim bilmir ki, o, öz mənzilini Rusiyada satıb, pulu isə Ukrayna Silahlı Qüvvələrinə köçürüb, - deyə Xalpaxçı bildirib.
Prodüser Depardienin “Gənclik”ə səfərlərini də xatırladıb: ən azı iki dəfə aktyor festivala pulsuz gəlib. 40-cı kinofestivalda Ukrayna Milli Operasında geniş miqyaslı mərasimin aparıcısı oldub. Həmin vaxt tədbirə “Ukrayna” telekanalı dəstək verirdi.
Qeyd edək ki, Depardye dəfələrlə Rusiya və Ukraynaya qarşı genişmiqyaslı müharibə haqqında danışıb. 2013-cü ildə Rusiya vətəndaşlığını alıb. 2023-cü ilin fevralında aktyor müharibəni “böyük cəfəngiyat” adlandırıb və özünü hələ də rus hesab etdiyini bildirib.
Almaniyanın Augsburger Allgemeine nəşrinin məlumatına görə, o, həmçinin vurğulayıb ki, “...mənim üçün heç nə dəyişməyib. Mən hələ də rusam. Mən rus mədəniyyətini sevirəm”.
Əli Babayev